03 aprel 2020, 16:00

Əlizadə Nəcəfovdan, Ağcabədi, Azərbaycan

Çox hörmətli Prezidentimiz.

Son günlər dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz qabaqlayıcı tədbirlər Ağcabədi rayonunun ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır. Ağsaqqallarımız, ziyalılarımız və müvafiq yerli icra strukturları Sizin rəhbərliyinizlə bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirləri, xüsusilə də insanların sağlamlığının qorunmasını əsas məqsəd kimi qarşıya qoyulmasını sakinlərə çatdırırlar. Zaman bir daha göstərdi ki, Prezidentimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanındadır.

Cənab Prezident, Ağcabədi rayonunun əhalisi də Sizin təşəbbüsünüzlə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürür, “Evdə qal!” və digər çağırışlarınıza ciddi əməl edirlər.

Möhtərəm cənab Prezident, bu ağır günlərdə biz ağcabədililər Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, İnşallah, xalqımız Zati-alinizin müdrik rəhbərliyi ilə bu sınaqdan da zəfərlə çıxacağıq. İnanırıq ki, tezliklə ölkəmizdə həyat öz əvvəlki axarı ilə davam edəcəkdir.

Dərin hörmətlə,

Nəcəfov Əlizadə, tarix üzrə fəlsəfə doktoru, Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.