04 aprel 2020, 12:00

Cəbrayıl Yusifov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşadığımız Səhləbad kəndinin yolu uzun illər idi ki, yaxşı vəziyyətdə deyildi. İstər rayon mərkəzinə, istərsə də qonşu kəndlərə gedib-gəlməkdə çətinlik çəkirdik. Sizin diqqət və qayğınızla 10 kəndi birləşdirən Səhləbad- Əskipara-Qaraağaci-Təzəkənd-Hüsənli avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Bu, minlərlə sakinin sevincinə səbəb olub. Artıq yolun kəndimizdən keçən hissəsinin torpaq yatağı tam işlənilib, yol genişləndirilib. Kommunikasiya xətləri nizama salınıb, köhnə su ötürücüləri yeniləri ilə əvəz olunub. Yaxın günlərdə asfaltlanma işlərinə başlanılacaq.

Kənd sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Səhləbad kəndinin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Yolumuzun yenidən qurulması kənd təsərrüfatının inkişafına da öz təsirini göstərəcək. Nəticədə maddi rifah halımız da yüksələcəkdir.

Əziz Prezidentimiz, Sizə işlərinizdə uğurlar arzulayır, cansağlığı diləyirik.


Hörmətlə,

Yusifov Cəbrayıl

Mehdiyev Kənan

Əliyeva Vəfa

Mehdiyev Telman.

Azərbaycan Respublikası, Tərtər rayonu, Səhləbad kəndi.