İlham Əliyev Bakının “Nizami” kinoteatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

24 noyabr 2011, 13:00
İlham Əliyev Bakının “Nizami” kinoteatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Bakının “Nizami” kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısı kinoteatrın rəmzi açılışını bildirən lenti kəsdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, 1934-cü ildə istifadəyə verilmiş “Nizami” kinoteatrının binasında “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın foyesində kinoteatrın əvvəlki vəziyyətini, yenidənqurma işlərinin gedişini və istifadədən sonrakı görüntüsünü əks etdirən fotolardan ibarət stendlərə baxdılar.

Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva böyük zalda və VİP zalında filmlərdən fraqmentləri izlədilər.

Bildirildi ki, birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir.

Dövlətimizin başçısına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasının layihəsi də təqdim olundu.
“Nizami” kinoteatrında yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo