Çex Respublikasının Prezidenti Miloş Zemandan

21 may 2020, 16:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası və Azərbaycan Respublikası arasındakı möhtəşəm əlaqələri yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin tezliklə Çex Respublikasına səfəriniz olacaq və bu səfər bütün sahələrdə əməkdaşlığımızın gələcək inkişafına töhfə verəcək.

Zati-aliləri, Sizə uğurlar və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

Miloş Zeman

Çex Respublikasının Prezidenti