Gürcüstanın görkəmli mədəniyyət və ictimai xadimlərindən

29 may 2020, 14:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycan xalqını böyük bayram – Respublika Günü münasibətilə təbrik edirik.

Bu gün biz qardaş Azərbaycanın sürətli inkişafını fərəhlə izləyirik. Xalqınızın rifahı, hər bir ailənin həyat səviyyəsi gündən-günə artır. Bakı – Qafqazın incisi özünün gözəlliyi, əzəməti və valehedici memarlığı ilə daha çox diqqət cəlb edir.

Hörmətli İlham Heydər oğlu, bütün bunlar Sizin xidmətinizdir, Sizin öz xalqınıza yorulmadan göstərdiyiniz qayğının, ölkəni müdrikcəsinə, istedadla və dəyanətlə idarə etmək, bütün Azərbaycan xalqına, hər bir Azərbaycan ailəsinə, hər bir azərbaycanlıya rifah və tərəqqi gətirmək bacarığınızın nəticəsidir.

Bu bünövrəni yeni Azərbaycanın, bütün yeni Qafqazın yeni siyasətinin banisi, sülh, quruculuq, xalqların tərəqqisi, mehriban qonşuluq, qarşılıqlı yardım və qarşılıqlı anlaşma siyasətinin yaradıcısı olan dahi Heydər Əliyev qoyub.

Bu, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı münasibətlərdə xüsusilə hiss olunur. Biz Heydər Əlirza oğlunun xidmətlərini yüksək dəyərləndiririk və neft müqaviləsində bu dahi insanın Azərbaycanın payını o dövrdə çətin vəziyyətdə olan Gürcüstanla necə bölüşməsini heç vaxt yaddan çıxarmayacağıq. Bunu ancaq qardaş qardaşa edərdi.

Bizi – azərbaycanlıları və gürcüləri uzun əsrlik dostluq telləri bağlayır. Qədim zamanlardan bu iki zəhmətkeş xalq daim sülh və həmrəylik içərisində yaşayıb. Bizim bütün keçmişimiz və bu günümüz bunun parlaq təzahürüdür: bir-birinin ənənələrinə, etiqadına hörmət və ehtiram, həyatın bütün sahələrində - siyasət, elm, ətraf mühitin mühafizəsi, iqtisadiyyat sahələrində sıx qarşılıqlı münasibətlər. Tarix bizim qardaş xalqları dahi Heydər Əliyevin zəhmətinin bəhrəsi olan “Yeni İpək yolu”nda çiyin-çiyinə birləşdirdi.

Xalqlarımız mədəniyyət və incəsənət sahəsində xüsusilə yaxındır. Onların dostluğu isə konkret insanların dostluğu üzərində qurulur.

Bunun parlaq nümunəsi möhtəşəm rejissor, həqiqətən peşəkar və istedadlı kinematoqraf Vaqif Mustafayevdir. Onun yaratdığı filmlər həm Qafqazda, həm də onun hüdudlarından kənarda sevilir və dəyərləndirilir. Bizim dostumuz və bütün regionumuzun fəxri olan Vaqif bir sıra xidmətləri ilə yanaşı, həmçinin Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilib. Vaxtilə Azərbaycanın Mədəniyyət nazirinin müavini olduğu dövrdə o, daim gürcü mədəniyyət xadimlərinə kömək edib, onlara hər cür yardım və dəstək göstərib, bununla da bizim sevgimizi, hörmət və etibarımızı qazanıb.

Azərbaycanın regionda liderlik edərək, möhkəm və əzmli addımlarla firavanlığa doğru irəliləməsi bizi çox sevindirir. Liderin müdrikliyi və istedadı, cəsarəti və qətiyyəti Sizə Heydər Əliyevdən irsən keçib. Eləcə də öz xalqına sonsuz məhəbbət. Ən əsası odur ki, bu sevgi qarşılıqlıdır. Xalq Sizi dahi atanızı sevdiyi kimi sevir.

Çox hörmətli İlham Heydər oğlu, Gürcüstan ictimaiyyəti Sizi bir daha Respublika Günü münasibətilə təbrik etməkdən məmnundur. Sizə və bütün azərbaycanlılara cansağlığı, xoşbəxtlik, uzun ömür və bol sevinc arzulayırıq. Biz əminik ki, sizin sevinciniz bizim sevincimiz, sizin uğurlarınız bizim uğurlarımız, sizin nailiyyətləriniz bizim nailiyyətlərimizdir.

Biz, iki qardaş xalq daim sülh və həmrəylikdə yaşamışıq və yaşayacağıq. Biz ulu babalarımızın yaşadıqları kimi, daim digərləri üçün qarşılıqlı hörmət və dostluq nümunəsi olacağıq.

Azərbaycana əbədi sülh arzulayırıq!

Nani Breqvadze, müğənni, Gürcüstanın və SSRİ-nin Xalq artisti;

Eka Mamaladze, müğənni, Gürcüstanın “Şərəf” ordeni kavaleri;

Eldar Şengelaya, kinorejissor, Gürcüstanın və SSRİ-nin dövlət mükafatları laureatı, çoxsaylı beynəlxalq mükafatlar və festivallar laureatı;

Temur Babluani, kinorejissor, Rustaveli adına mükafatın, “Sundance Film Festival”ın, həmçinin bir çox beynəlxalq festivalların laureatı, Fransa Kino Akademiyasının üzvü;

Gela Babluani, kinorejissor, Avropa Kino Akademiyasının, bir çox beynəlxalq festivalların laureatı;

Temur Çxeidze, rejissor, Gürcüstanın və Rusiya Federasiyasının Xalq artisti;

Kaxi Kavsadze, Gürcüstanın və SSRİ-nin Xalq artisti;

İrakli Kvirikadze, kinorejissor, ssenarist, yazıçı. Gürcüstanın Əməkdar incəsənət xadimi, bir çox beynəlxalq mükafatların və festivalların laureatı;

Merab Kokoçaşvili, kinorejissor, aktyor, ssenarist. “Gürcüstanfilm” kinostudiyasının direktoru, bir çox beynəlxalq mükafatların və festivalların laureatı;

Ramaz Buba Xotivari, kinorejissor, Gürcüstan Kino Akademiyasının (Kinematoqrafçılar İttifaqı) prezidenti, bir çox beynəlxalq mükafatların və festivalların laureatı;

Andro Çiaureli, kinorejissor, beynəlxalq mükafatların və festivalların laureatı;

İmeda Kaxiani, Gürcüstanın Xalq artisti;

Aleksandr Çivadze, Əməkdar idman ustası, SSRİ yığmasının və “Dinamo” (Tbilisi) komandasının kapitanı;

Leri Xabelov, dünya, Avropa və Olimpiya çempionu, Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti;

İrakli Tripolski, kinorejissor, Gürcüstan Parlamentinin üzvü (2012-ci ildən hazırkı dövrədək);

Dilar Xabuliani, Avropa çempionu (1977), Gürcüstanın Daxili İşlər naziri (1990-1992), Gürcüstanın Cüdo Federasiyasının prezidenti (1991-2010), Gürcüstan Parlamentinin üzvü (1990-1993);

Valeri Asatiani, filoloq, Gürcüstanın Mədəniyyət naziri (1985-1990, 1995-2000);

David Maqradze, şair, Gürcüstanın dövlət himninin müəllifi, Gürcüstanın Mədəniyyət naziri (1992-1995), Nobel mükafatı nominantı (2011);

Givi Sixarulidze, şair, yazıçı, aktyor, baletmeyster;

Saqliani Yerekle, şair, ictimai xadim, aktyor.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55