28 iyul 2020, 12:00

Əli Aslanovdan, Cəbrayıl, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

Bu günlərdə Tovuz rayonu istiqamətində güclü ordumuzun sarsıdıcı zərbələrlə düşmənin döyüş mövqelərini darmadağın etməsi bir daha sübut etdi ki, Azərbaycan istənilən an torpaqlarını yağı düşməndən azad etmək iqtidarındadır. Azərbaycan ordusu heç bir dəstək almadan öz gücünə ölkəmizə qarşı yönəlmiş təxribatların qarşısını almaq gücündə olduğunu bir daha bütün dünyaya sübut etdi. Təbii ki, bunların hamısı dövlətimizin başçısı İlham Əliyevin və Sizin apardığınız uğurlu siyasətinizin nəticəsidir. Sizin Azərbaycan xalqı üçün göstərdiyiniz xidmətləri, hər bir azərbaycanlıya göstərdiyiniz sevgini, qayğını görməmək mümkün deyil və bu da məni, ailəmi, bütün yaxınlarımı sevindirir və Azərbaycanımızın gözəl gələcəyinə inamı artırıb. Cənab Prezidentimizin və Sizin daxili və xarici siyasətiniz nəticəsində ölkəmizin nüfuzu gündən-günə yüksəlir. Biz Sizinlə fəxr edirik. Biz bir Azərbaycan vətəndaşı, bir əsgər olaraq hər zaman cənab Prezidentimiz İlham Əliyevin və Sizin yanınızdayıq. Allah Sizi, ailənizi, ordumuzu, xalqımızı qorusun.

Hörmətlə,

Əli Aslanov

Azərbaycan Respublikası, Cəbrayıl rayonu.