İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib

30 iyul 2020, 16:20
İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.

Dövlətimizin başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan bu təcili tibbi yardım avtomobilləri koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən səhiyyə sisteminin bu cür ixtisaslaşdırılmış avtomobillərlə təminatının yüksəldilməsi istiqamətində atılan növbəti addımdır.

Dövlətimizin başçısına məlumat verilib ki, “Mercedes Sprinter 416” markalı avtomobilin bazasında Türkiyədə yığılan 24 reanimobil, 42 sadə təcili tibbi yardım avtomobili və Türkiyə istehsalı olan “Ford Transit” markalı 10 sadə və 24 reanimobil “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə imzalanmış müqavilə əsasında satın alınıb. Artıq ölkəmizə 38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi keçib və paytaxta gətirilməsi nəzərdə tutulur. Qalan 62 avtomobil isə avqust ayının sonuna qədər ölkəyə çatdırılacaq.

Agentlik 2020-ci ildə Türkiyədə istehsal olunan “Fiat Doblo Maxi XL” markalı 84 ədəd təcili tibbi yardım avtomobili alıb. Bu avtomobillərin hamısının rayonlara verilməsi nəzərdə tutulur. Onların 70-i sadə komplektasiyalı, 10-u xüsusi defibrilyatorla təchiz olunan, 4-ü isə Ambulans Perinatal təyinatlıdır. Ambulans Perinatal təyinatlı avtomobillərdə yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıq, küvez aparatları quraşdırılıb. Bu cür maşınların gətirilməsi ölkə səhiyyəsində yenilikdir. Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənir ki, bu da onlara tıxac və ya dar yerlərdə sərbəst manevr etməyə imkan verir. “Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri də müasirliyi ilə seçilir.

Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən bu cür maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.

Bu maşınların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Agentlik tərəfindən 24 ədəd “Ford Transit” reanimobili də sifariş olunub. Bu avtomobillər respublikanın rayonlarına paylanacaq.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04