Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

28 sentyabr 2020, 15:35

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Gününün 30-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası Almaniya Federativ Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımızla müşayiət olunur. İnanıram ki, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Almaniya xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Almaniya Federativ Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2020-ci il.