İlham Əliyev Gəncədə Bayraq Meydanının açılışında iştirak etmişdir

21 yanvar 2012, 13:45
İlham Əliyev Gəncədə Bayraq Meydanının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Gəncədə Bayraq Meydanının açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, Gəncə çayının sağ sahilində inşa olunan Bayraq Meydanı son dövrdə şəhərdə həyata keçirilən mühüm layihələrdən biridir. Burada 110 metr hündürlükdə dalğalanan üçrəngli bayrağın uzunluğu 50, eni 25 metr, postamentin hündürlüyü isə 4 metrdir. Meydandakı qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunmuşdur. Meydanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Prezident İlham Əliyev dövlət bayrağını qaldıran xüsusi qurğunun düyməsini basdı.

Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photo