07 oktyabr 2020, 13:15

Hacı Əzimovdan, Bakı, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

Müstəqil dövlət quruculuğu sahəsində Ulu Öndər irsinə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sədaqətlə və uğurla xidmətiniz çoxşaxəli fəaliyyətinizdə bir daha təsdiqlənir. Xalqımızın milli-mənəvi dəyərlərini qorumaqla xeyirxahlıq və humanizm prinsipləri Sizin fəaliyyətinizin bütün istiqamətlərində öndə dayanır. Sizin yüksək təşkilatçılıq bacarığınız sayəsində ölkəmiz idmanın, mədəniyyətin, elmin və təhsilin, digər sahələrin daha da inkişaf etdirilməsinə öz layiqli töhfələrini verib.

Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşləriniz, apardığınız söhbətlər, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər Vətənə, xalqa, dövlətə və insanlığa xidmət səviyyəsində yüksək dəyərləndirilir.

Çox hörmətli Mehriban xanım, Sizin rəhbəri olduğunuz Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda yüzlərlə yeni məktəb binası tikilib şagirdlərin istifadəsinə verilib. Belə məktəblərdən biri də bu yaxınlarda Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Suraxanı rayonunun Əmircan qəsəbəsində birinci tank taborunun döyüşçüsü, cəsur tankçı, Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun adını daşıyan 154 saylı məktəbdir. Bu məktəb binasının yenidən tikilib istifadəyə verilməsinə görə Sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun kollektivinə veteran tankçılar və dağ yəhudiləri adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əzimov Hacı, Veteran Tankçılar İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.