17 fevral 2012, 12:00

Rəbbin Vəliyevdən, Naxçıvan, Azərbaycan

Cənab Prezident!

Azərbaycana rəhbərlik etdiyiniz 9 il ərzində ölkəmizdə sürətli inkişaf başlamış, istər iqtisadi, istər sosial, istərsə də siyasi sahədə ölkəmizin əldə etdiyi uğurlar, bir gənc müəllim olaraq mənim də qəlbimdə böyük fərəh və qürur hissi doğurmuşdur.

Məlumdur ki, bu inkişafın təməlini hələ XX əsrin 90-cı illərində ulu öndərimiz (Allah ona rəhmət eləsin) Heydər Əliyev qoymuşdur. Bu siyasəti davam etdirərək Siz ölkəmizi son 9 ildə 90 il irəli aparmısınız. Dünya dövlətlərinin inkişaf tarixinə nəzər salsaq, həmin dövlətlərin 10 ilə qət etdiyi məsafəni ölkəmiz Sizin sayənizdə bir ilə qət etmişdir. Bu uğurların və inkişafın baş memarına - hörmətli Prezidentimizə Allahdan uzun ömür, cansağlığı arzu edirəm. Biz gənclər olaraq hər zaman Sizin həm daxili, həm də xarici siyasətinizi dəstəkləyirik.

Allah bu şərəfli, məsuliyyətli və müqəddəs vəzifənizdə Sizə kömək olsun.

Tarix müəllimi Rəbbin Asəf oğlu Vəliyev.