23 fevral 2012, 16:00

Çingiz Həsənov və başqalarından, Bakı, Azərbaycan

Çox hörmətli Prezident!

Biz, Böyük Vətən müharibəsinin veteranları, respublikamızın ictimai həyatında və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərimizi qiymətləndirdiyinizə və bizi dövlətimizin ali mükafatı – “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin hörmət və minnətdarlığımızı bildiririk.

Əziz Prezidentimiz, bu, müharibə veteranlarına göstərilən və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, indi isə Sizin inamla davam etdirdiyiniz qayğı və diqqətin bariz nümunəsi, ötən il dekabrın 20-də Moskva şəhərində MDB ölkələri Dövlət Başçıları Şurasının iclasındakı tarixi nitqinizdə söylədiyiniz fikirlərin əməli təsdiqidir.

Müstəqil Azərbaycanın sürətli inkişafı naminə gördüyünüz möhtəşəm quruculuq işlərində Sizə uğurlar diləyir, apardığınız daxili və xarici siyasətdə daim Sizinlə birlikdə olmağımızı bildiririk.

Hörmətlə,

Çingiz Həsənov, Bahadur Hüseynov, Aleksandr Qritçenko
Azərbaycan Respublikasının Bakı şəhəri.