Azərbaycan qadınlarının bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

05 mart 2012, 18:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayeva Zenfira Hüseyn qızı
İsmayılova Sənubər Abdulla qızı
Məmmədova Zərifə Kamil qızı
Tağızadə Lətafət Firuz qızı

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2012-ci il.