20 aprel 2012, 14:45

Siyavuş Qarayevdən, Bakı, Azərbaycan

Əziz və möhtərəm Prezident!

2012 – ci il 18 aprel tarixli Sərəncamınızla məni “Şöhrət” ordeni ilə təltif etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bu mükafatı, ulu öndər tərəfindən təyin olunduğum zamankı, eləcə də Sizin rəhbərliyiniz altındakı fəaliyyətimə göstərilən yüksək qayğı və etimad kimi qiymətləndirirəm.

Təqdim edilən mükafat yalnız mənim xidmətlərimə deyil, həm də bütün kollektivimizin nailiyyətlərinə verilən qiymətdir. Biz, ümummilli liderin və Sizin təhsil ocağımızın yubiley mərasimlərindəki çıxışlarınız zamanı qarşımıza qoyduğunuz proqram xarakterli göstəriş və tövsiyyələri gündəlik rəhbər tuturuq.

Cənab Prezident! Azərbaycanda təhsilin, elmin inkişafı, müasir dövrün tələblərinə uyğun mütəxəssislərin hazırlanmasında bundan sonra da zəhmətimizi əsirgəməyəcəyimizə söz verirəm.

Dərin hörmətlə,

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev.
Azərbaycan Respublikası Bakı şəhəri.