İlham Əliyev Masazır duz zavodunun açılışında iştirak etmişdir

21 iyul 2010, 12:50
İlham Əliyev Masazır duz zavodunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak etmişdir.

Mərasimə toplaşanlar dövlət başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif sənaye müəssisələrinin açılışlarında iştirakına dair fotoguşə vardır.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqrama uyğun olaraq 2007-ci ildə “Azersun Holdinq” Azərbaycanda ilk duz rafinasiya zavodunun tikilməsi missiyasını üzərinə götürmüşdür. Bu layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilmişdir.

Yeddi hektar ərazini əhatə edən istehsal müəssisəsinin gündəlik emal gücü 300 ton nəzərdə tutulur. Zavodun iş mexanizmi tamamilə avtomatlaşdırılmış sistem əsasında qurulmuşdur. Burada 130-a yaxın işçi çalışacaqdır.

Diqqətə çatdırıldı ki, duzun daşınması üçün Masazır-Novxanı avtomobil yolundan zavodadək əlavə yol çəkilmiş, torpaq qatını və qurğuları sudan qorumaq üçün sahilboyu bloklar düzülmüşdür.

Zavodun “Azərduz” və “Bizim duz” brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaqdır.

Prezident İlham Əliyev zavodun məhsullarının nümunələrinə baxdı.

Masazır gölünün mənzərəsini seyr edən dövlət başçısına məlumat verildi ki, ümumi sahəsi 10 kvadratkilometr olan göldə duz iki vəziyyətdə - lay və suyun tərkibində məhlul şəklində mövcuddur. Gölün duz ehtiyatı təxminən 1 milyon 735 min tondur.

Konfrans salonunda zavodun maketi və fotoşəkilləri ilə tanışlıqdan sonra dövlət başçısı kollektivi təbrik etdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo