İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində “Kiçik Venesiya şəhərciyi”nin açılışında iştirak etmişdir

28 may 2012, 12:00
İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində “Kiçik Venesiya şəhərciyi”nin açılışında iştirak etmişdir

Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi” əsaslı yenidənqurmadan sonra istifadə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

“Kiçik Venesiya şəhərciyi” 1960-cı ildə istifadə verilmişdir. 2011-ci il martın 30-da dövlətimizin başçısı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən “Kiçik Venesiya şəhərciyi”nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilmiş, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran inşa edilmişdir. Restoranlardan biri Qərb, digəri isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edəcəkdir.

Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının burada istirahətinin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

X X X

Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binada görülən işlərlə maraqlandı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo