08 aprel 2021, 15:33

Günel Əliyevadan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə koronavirusa qarşı mübarizə çərçivəsində vətəndaşların sağlamlığını düşünməyiniz, karantin dövründə maddi çətinliklərlə üzləşmiş ailələrə Sizin tapşırığınıza əsasən göstərilən yardımlar, ümumiyyətlə, pandemiyaya qarşı yüksək səviyyədə qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin vaksinasiya prosesinin uğurla aparılması bir vətəndaş olaraq məni sevindirir.

Çox sağ olun ki, xalqımızı bu bəladan qorumaq üçün bütün imkanları səfərbər edirsiniz. Gördüyünüz bütün işlərə görə ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan xalqı hər bir işdə Sizə güvənir, dəstəyinizi, gücünüzü daim hiss edir.

Uca Yaradan Sizi xalqımıza çox görməsin.

Hörmətlə,

Əliyeva Günel Taciyəddin qızı.

Azərbaycan Respublikası, Naftalan şəhəri.