Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahdan

02 iyun 2021, 19:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı olaraq inkişaf etməsi ilə bağlı səmimi arzularımızı bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycana və onun dost xalqına davamlı tərəqqi, firavanlıq arzulayıram.

Dərin hörmətlə,


Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah

Küveyt Dövlətinin Əmiri