M.C.Cavadzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 iyun 2012, 18:20

Azərbaycanda urologiya elminin inkişaf etdirilməsi işinə böyük töhfələr vermiş görkəmli alim, akademik Mirməmməd Cavad oğlu Cavadzadənin xatirəsini əbədiləşdirmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Şəhər İcra Hakimiyyəti Mirməmməd Cavadzadənin yaşadığı binaya (Tərlan Əliyarbəyov küçəsi, 2) xatirə lövhəsinin vurulmasını təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2012-ci il.