Azərbaycanın və Avropa İttifaqı Şurasının prezidentlərinin mətbuat üçün bəyanatları

05 iyul 2012, 11:35

Prezident İlham Əliyevin bəyanatı

- Cənab prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab prezident, Sizi bir daha Azərbaycanda salamlayıram. Mənim dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə təşəkkürümü bildirirəm.

Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərə dair geniş müzakirələr apardıq. Avropa təsisatları ilə Azərbaycan arasında əlaqələr çox uğurla inkişaf edir. Ötən il biz müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd etdik. Bütün bu illər Azərbaycan ilə Avropa təsisatları arasında fəal əməkdaşlıqla yadda qaldı. Hazırda bu əlaqələr uğurla inkişaf edərək tərəfdaşlığın yeni formasına çevrilir. Biz regional miqyaslı bir sıra məsələlər - siyasi inkişaf, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional təhlükəsizlik üzərində iş aparırıq. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə yaxşı ikitərəfli əlaqələri mövcuddur.

Bu münasibətlər çox möhkəm qarşılıqlı maraqlara, hörmətə və dostluğa əsaslanır.

Bu gün biz Avropa ilə Azərbaycan arasında əlaqələrin geniş gündəliyini müzakirə etdik. Biz Azərbaycanda baş verən siyasi prosesləri, siyasi islahatları nəzərdən keçirdik. Mən cənab prezidentə bildirdim ki, Azərbaycan siyasi islahatlar və demokratik inkişaf siyasətinə sadiqdir. Biz qanunun aliliyinin möhkəmləndirilməsi, siyasi azadlıqlar və insan hüquqlarının müdafiəsi sahəsində işlər aparırıq. Hesab edirəm ki, Azərbaycan müstəqillik illərində mühüm inkişafa nail olub. Azərbaycanda bütün əsas azadlıqlar – din azadlığı, toplaşmaq azadlığı, mətbuat azadlığı təmin olunub, azad internet vardır. Əlbəttə ki, Azərbaycan ilə Avropa təsisatları arasında mövcud münasibətlər bu baxımdan davam edəcək və bizə Avropanın bu sahədə əldə etdiyi müsbət təcrübəni tətbiq etməyə imkan yaradacaqdır.

Biz regional inkişaf və təhlükəsizlik məsələlərinə, xüsusilə də Ermənistan ilə Azərbaycan arasında mövcud münaqişənin həlli ilə əlaqədar vəziyyəti də nəzərdən keçirdik. Mən cənab prezidentə bu məsələ ilə bağlı son vəziyyət barədə məlumat verdim.

Azərbaycan danışıqlar prosesinə çox sadiqdir. Biz praktiki nəticələri mümkün qədər tez görmək istəyirik.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları artıq 20 ildir ki, Ermənistanın işğalı altındadır. Erməni silahlı qüvvələri təkcə Dağlıq Qarabağı deyil, həmçinin onun inzibati sərhədlərinə daxil olmayan yeddi digər rayonu da işğal altında saxlayır. Onlar etnik təmizləmə siyasətini həyata keçiriblər və bunun nəticəsində bizim bir milyona yaxın qaçqın və məcburi köçkünümüz vardır, torpaqlarımızın 20 faizi isə hələ də işğal altındadır. Beynəlxalq təşkilatlar bu məsələyə dair bir sıra qətnamələr qəbul ediblər.

Buraya BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa parlamentinin, Avropa Şurasının, ATƏT-in qərarları da daxildir. Amma əfsuslar olsun ki, bu qətnamələrin heç biri hələ də yerinə yetirilməyib.

Mən cənab prezidentin diqqətinə çatdırdım ki, ATƏT-in Minsk qrupunda həmsədr ölkələrin rəhbərlərinin status-kvonun qəbuledilməz olmasına dair verdikləri bəyanat bizi çox ruhlandırdı. Bu, çox dərin məzmunlu bəyanatdır və düşünürəm ki, vaxtında qəbul edilmiş bir bəyanatdır. Ümid edirik ki, bu cür mühüm bəyanatdan sonra biz status-kvonun həqiqətən də dəyişdiyinin şahidi olacağıq. Status-kvonun dəyişməsi işğal altında olan torpaqların azad edilməsinin başlanması deməkdir. Bu da regionda müsbət inkişaf ilə nəticələnəcəkdir. Ermənistanın işğal etdiyi torpaqların azad edilməsinə başladığı andan dərhal sonra bütün kommunikasiyalar açıla və regional əməkdaşlığa başlanıla bilər. Bundan bütün ölkələr faydalanacaqdır.

Biz vasitəçilərin göstərdiyi səylərə çox ümidlər bəsləyirik və ümid edirik ki, bu məsələnin həlli tezliklə tapılacaqdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri bərpa olunacaq və bizim insanlar öz torpaqlarına qayıtmaq kimi əsas hüquqlarından istifadə edəcəklər. Azərbaycanlı məcburi köçkünlərin bu əsas hüququ pozulur.

Bu gün biz enerji təhlükəsizliyi məsələlərinə də toxunduq və bu müzakirələri bundan sonra da davam etdirəcəyik. Onu da demək istərdim ki, Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarıdır. Xəzərin karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına nəqlini təmin etmək üçün enerji dəhlizini ilk açan məhz biz olmuşuq. Bu gün Azərbaycan nefti Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansının təqribən 30 faizini təşkil edir. Bu, o deməkdir ki, biz Avropadakı tərəfdaşlarımızın da enerji təhlükəsizliyini təmin edirik.

Azərbaycanda neft sahəsinin inkişaf potensialı çox yüksəkdir. Bizim çoxşaxəli bir sıra neft boru kəmərlərimiz var və bununla da gələcək üçün böyük potensiala malikik. Azərbaycan nefti dostlarımızın gələcək onilliklər üçün enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Bundan başqa, Azərbaycanın Dövlət Neft Şirkəti Avropaya fəal şəkildə sərmayə qoyur. Bu əməkdaşlığı və faydalı razılaşmaları gələcəkdə də ikitərəfli qaydada davam etdirmək üçün planlar vardır.

Azərbaycan artıq iri qaz ixracatçısına çevrilib. Biz iri qaz yataqları aşkar etmişik. Üç əsas yataq – “Şahdəniz”, “Ümid” və “Abşeron” Azərbaycanın əsas qaz ehtiyatlarını təşkil edir. Lakin əminəm ki, növbəti illərdə biz yeni yataqların aşkar edilməsinin şahidi olacağıq. Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir. Biz, həmçinin artıq qazötürücü şəbəkəni də şaxələndirmişik. Bu yaxınlarda Türkiyə ilə Transanadolu qaz boru kəməri layihəsi barədə tarixi bir saziş imzalamışıq ki, burada da Azərbaycanın payı 80 faizdir. Bu, o deməkdir ki, layihənin icrasına dair bütün əsas məsuliyyəti və maliyyə öhdəliyini üzərimizə götürmüşük. TANAP-a rəhbərliyi üzərimizə götürmüşük və əminəm ki, bu, uğurlu nəticəni şərtləndirən amil olacaqdır.

Belə ki, bu günədək təşəbbüskarı olduğumuz, maliyyələşdirdiyimiz və icra etdiyimiz enerji layihələri uğurlu olub. Bu, bizim üçün, tərəfdaşlarımız üçün çox vacib məsələdir. Bu, şaxələndirmə məsələsidir. Şaxələndirmə dedikdə biz, əlbəttə ki, əsasən mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Bu halda vəziyyət məhz bu cürdür. Azərbaycan qazı dünya üçün, Avropa üçün yeni enerji mənbəyidir. Avropa bazarları bizim üçün çox cəlbedicidir, çünki çox böyükdür. Bu, liberallaşdırılmış, qanunvericiliklə tənzimlənən bazardır. Burada biz istehsalçı və istehlakçı arasında maraqlar balansı kimi çox mühüm məsələyə yaxınlaşırıq.

Burada, əlbəttə ki, tranzit ölkələri də unutmaq lazım deyildir. Düşünürəm ki, bu maraqların qovuşması enerji layihələrinin uğurlu icrası ilə nəticələnəcəkdir. Bu layihələr onilliklərlə, bəlkə də yüz il və daha çox müddətdə davam edəcək layihələr olacaqdır.

Azərbaycan etibarlı tərəfdaş kimi artıq iqtisadi, enerji və siyasi nöqteyi-nəzərdən özünü doğruldub. Əminəm ki, əməkdaşlığımızda enerji sahəsi uğurlu olacaqdır. Lakin əlbəttə, bu, təkcə qarşılıqlı maraq məsələsi deyildir.

Bizim iqtisadi əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu, siyasi əməkdaşlıq, regional təhlükəsizlik, regional inkişaf müstəvisində də çoxlu planlarımız vardır. Başqa sözlə desək, bu gün biz cənab prezident ilə saat yarım ərzində bu məsələləri müzakirə etmişik və bir çox məsələlər də müzakirə olunmalıdır. Bu, əlaqələrin bizim üçün nə qədər mühüm olduğunu, müzakirə edilən məsələlərin nə qədər vacib olduğunu göstərir.

Cənab Prezident, sizi bir daha ölkəmizdə salamlayıram, şadam ki, vaxt tapıb Azərbaycanı görməyə, bizimlə görüşməyə gəldiniz. Sizə uğurlu səfər arzulayıram. Sağ olun.

Prezident Herman Van Rompuyun bəyanatı


- Cənab prezident, Azərbaycana ilk dəfə və ölkənizin dinamik inkişaf etdiyi dövrdə səfərimdən məmnunam. Buraya qısa müddətə gəlsəm də, artıq sürətli müasirləşmənin bir çox əlamətlərini görmüşəm.

Bu baxımdan, mən Sizi və Azərbaycan xalqını may ayında “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etməyiniz münasibətilə təbrik etmək istərdim. Avropada ən çox baxılan tədbirlərdən biri olan bu müsabiqə Azərbaycanı geniş Avropa ictimaiyyətinə aydın şəkildə yaxınlaşdırdı.

İlk görüşümüz mənim Belçikanın Baş naziri olduğum vaxta təsadüf edib. Mənim Avropa İttifaqı Şurasının prezidenti qismində Bakıya səfərim bundan əvvəl Astana, Brüssel və Varşavada keçirdiyimiz görüşlərin nəinki davamı, həm də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələri bir daha nümayiş etdirmək üçün bir imkandır.

Bu gün biz səmərəli müzakirələr apardıq. Bir çox ikitərəfli və regional məsələləri müzakirə etdik.

Mən üç məsələni qeyd etmək istərdim. Birincisi, icazə verin vurğulayım ki, biz Avropa İttifaqı–Azərbaycan əlaqələrini və əməkdaşlığımızın nəticəsində əldə etdiyimiz faydanı yüksək qiymətləndiririk. Biz keçmişdəki nailiyyətlərimizə əsaslanaraq birlikdə gələcək potensialdan istifadə etməyə çalışmalıyıq. Fikrimcə, bu, Avropa İttifaqının, Azərbaycanın və bütün regionun maraqlarına xidmət edir.

Müxtəlif sahələrdə əlaqələrimizin intensivləşməsini müşahidə edirik. Bütün səviyyələrdə ikitərəfli siyasi əlaqələrimiz, həmçinin insanlar ilə işgüzar dairələr arasında əlaqələr də intensivləşir. Biz bir çox əhəmiyyətli beynəlxalq məsələlərdə Sizin dəstəyinizi yüksək qiymətləndiririk. Enerji əməkdaşlığımızın ikitərəfli əlaqələrimizin mühüm müsbət ölçüsü kimi sürətlə inkişaf edir.

“Cənub” qaz dəhlizi və “Transxəzər” kəməri ilə bağlı davam edən danışıqlar Azərbaycan və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir.

Mən bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında Transanadolu kəməri ilə bağlı əldə olunan anlaşmanın rəsmiləşdirilməsini alqışlayıram. Bu, “Cənub” qaz dəhlizinin həyata keçirilməsi istiqamətində Azərbaycanın və bizim öhdəliyimizi daha da möhkəmləndirir.

Bununla belə, əlaqələrimizi daha da genişləndirmək və şaxələndirmək üçün hələ də böyük potensial vardır. Daha çox iş görülə bilər və görülməlidir. Biz xüsusilə yeni assosiativ saziş, o cümlədən ticarət və investisiyalarla bağlı danışıqlarda irəliləyiş əldə etməliyik.

Cənab Prezident, Sizi “Şərq tərəfdaşlığı”nın Azərbaycan üçün nəzərdə tutduğu imkanlardan daha yaxşı istifadə etməyə dəvət edirəm. Varşava sammitindən sonra biz əhəmiyyətli irəliləyiş əldə etmişik. Biz “Şərq tərəfdaşlığı”nın 2013-cü ildə Vilnüsdə keçiriləcək növbəti sammitinin “Yol xəritəsi”ndə nəzərdə tutulmuş hədəflərə çatmaq üçün doğru yoldayıq.

İkincisi, Azərbaycan dünyəvi cəmiyyətdir və Sizin müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması prinsipinə sadiqliyiniz müasir dünyada çox mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının və regionun sabit, mütərəqqi və tolerant, demokratik islahatlara və müasirləşməyə sadiq Azərbaycana ehtiyacı vardır.

Mən inkişaf edən vətəndaş cəmiyyətinin vacibliyini Prezident İlham Əliyevin diqqətinə çatdırdım. Bu, bizim tariximizdə inkişafa zəmin yaradan əsas amil olub. Bu, Azərbaycanda da belə ola bilər. Eyni zamanda, islahatların aparılması və davam etdirilməsi, insan haqlarının təşviqi Azərbaycanın uzunmüddətli müvəffəqiyyətini və çiçəklənməsini artıracaqdır. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gücləndirilməsi üçün vacibdir.

Bu baxımdan, mən 2011-ci il aprelin 2-də keçirilmiş aksiya zamanı həbs olunmuş doqquz nəfərin ötən həftə azadlığa buraxılmasını alqışlayıram. Bu, vətəndaş və siyasi hüquqların təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış müsbət bir addımdır. Lakin buna baxmayaraq, daha çox addım atılmalıdır.

Üçüncüsü, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə edilməsi əsas prioritet olaraq qalmalıdır. Həll yolu tapılmadan keçən hər gün bizim hamımız üçün itirilmiş imkandır. Münaqişənin həllinə nail olmaq üçün etimadın yaradılmasına, inam və hörmətə ehtiyac vardır. Dünən Yerevanda verdiyim mesajı eyniliklə bu gün Bakıda təkrar edirəm.

Son vaxtlar Ermənistanın və Azərbaycanın sərhədində və qoşunların təmas xəttində baş verən ciddi silahlı insidentlər bizi çox narahat edir, insan itkisi məni çox kədərləndirir.

Hərbi güc münaqişəni həll etməyəcəkdir. Münaqişənin yalnız sülh, danışıqlar yolu ilə həlli bütün regionda status-kvonu təhlükəsiz və çiçəklənən gələcəyə doğru dəyişməyə imkan verə bilər. Əgər təhlükəsiz və sabit regional mühit yaradılsa, bu, hamının xeyrinə olacaqdır.

Mən bir müddət əvvəl Avropa İttifaqının və bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin Meksikanın Los Kabos şəhərində “İyirmiliyin” sammitində verdiyi bəyanatları təkrarlayıram: Həm Azərbaycan, həm də Ermənistan münaqişənin Madrid prinsipləri əsasında davamlı və sülh yolu ilə həllinə nail olmaq üçün qərar qəbul etməlidirlər. Hər iki ölkənin prezidentləri ATƏT-in Minsk qrupu çərçivəsində götürdüyü öhdəlikləri tam həyata keçirməlidir. Hər iki tərəf atəşkəsə əməl etməli, təmkin nümayiş etdirməli, rəsmi bəyanatlarda düşmənçilik ritorikasından çəkinməlidir.

Avropa İttifaqı etimad yaradılmasına və barışığa yönəlmiş səyləri dəstəkləməyə hazırdır. Bizim bunu etməyə imkanlarımız və təcrübəmiz vardır. Səfir Lefortun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə yeni xüsusi nümayəndəsi təyin olunması Avropa İttifaqının münaqişənin həllinə artan sadiqliyini və həll paketinin bütün aspektlərinə töhfəsini nümayiş etdirir.

Cənab Prezident, məni Bakıda qəbul etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirirəm. Mən çox şadam ki, biz Avropa-İttifaqı-Azərbaycan tərəfdaşlığını daha yüksək səviyyəyə qaldırmaq üçün birgə öhdəliyimizi bir daha təsdiqləyə bildik. Təşəkkür edirəm. Gəlin işimizi davam etdirək.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51