Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşmüşdür

09 iyul 2012, 17:00
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşmüşdür

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ölkəmizə rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik inkişaf etdiyi qeyd olunaraq müxtəlif istiqamətlərdə əlaqələr yüksək qiymətləndirilmişdir. Siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Humanitar sahədə keçirilən tədbirlərin mühüm əhəmiyyətinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdır.