Gerb

16 iyul 2012, 18:20
W1siziisijiwmtuvmdyvmtuvm3hxnw5mzjzqcl8xmzmwmi5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=82049a7e55fe8a43

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Vano Merabişvilini qəbul etmişdir.

Dövlət başçısı Gürcüstanın Baş naziri Vano Merabişvilini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və fəaliyyətində ona uğurlar arzuladı. Prezident İlham Əliyev Vano Merabişvilinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.

Vano Merabişvili Baş nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirdi.

Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 


Böyük ölçüdə