İlham Əliyev Monteneqronun Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

16 iyul 2012, 18:30
İlham Əliyev Monteneqronun Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Monteneqronun Baş naziri İqor Lukşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycanla Monteneqro arasında ikitərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğuladı.

Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviçlə görüşünün və əməkdaşlığımızla bağlı aparılan müzakirələrin önəmini qeyd etdi. Dövlətimizin başçısı Monteneqronun Baş naziri İqor Lukşiçin ölkəmizə səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi.

Monteneqronun Baş naziri İqor Lukşiç Prezident İlham Əliyevlə Çikaqoda görüşünü məmnunluqla xatırladı. Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Monteneqronun Baş naziri bu əlaqələri iqtisadi sahədə də genişləndirmək üçün mövcud imkanlardan danışdı.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04