10 sentyabr 2012, 09:15

Solmaya Əmirəliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ramil Səfərovun Vətənə gətirilməsini çoxdan gözləyirdik. Allahın izni ilə Siz bunu bizə nəsib etdiniz. Sizin qeyrətiniz, vətənpərvərliyiniz sayəsində indi Ramil nəinki Vətəndədir, həm də azadlıqdadır. Ramil Səfərovla bağlı məsələdəki uğurunuz düşmənlərimiz üzərindəki qələbəmizin başlanğıcı olsun. Bir daha xalqımızı təbrik edir, Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Əmirəliyeva Solmaya Əmirəli qızı.
Azərbaycan Müəllimləri İnstitutunun baş metodisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.