10 sentyabr 2012, 09:20

Svetlana Rüstəmovadan, Oğuz, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ömrünün otuz doqquz ilini vətəndaş tərbiyəsinə sərf etmiş bir pedaqoq, azərbaycanlı anası kimi Ramil Səfərovun Vətənə gətirilməsindəki səylərinizi və Sərəncamınızla azadlığa buraxılmasını alqışlayıram. Bu humanist addımınız Sizin Azərbaycan vətəndaşına olan diqqət və qayğınızın təzahürüdür. Sizin rəhbərliyinizlə ölkəmiz siyasi, iqtisadi, mədəni sahələrdə yüksək nailiyyətlər əldə etməkdədir. Bir Azərbaycan vətəndaşı kimi Sizin bu uğurları görür və buna ürəkdən sevinirəm. Azərbaycanlı olmağımızla fəxr edirik. Ulu Tanrı Sizi bizə çox görməsin.

Hörmətlə,

Svetlana Rüstəmova,
şəhər 2 nömrəli orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Oğuz şəhəri.