10 sentyabr 2012, 09:25

Qurban Abbasovdan, Laçın (Ağcabədi), Azərbaycan

Möhtərəm Prezident,

Ordumuzun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və dərhal Sizin Sərəncamınızla əfv olunması hədsiz sevincimizə səbəb oldu. Biz Ramilin azad olunmasını çoxdan gözləyirdik. Nəhayət, Siz bu sevinci bizə yaşatdınız. Sizin adınız olan yerdə uğur, tərəqqi, zəfər vardır. Respublikamızda gedən geniş abadlıq-quruculuq işləri, ayrı-ayrı sahələrin dinamik inkişafı göz qabağındadır. Sizin sayənizdə ölkəmiz hərtərəfli inkişafa nail olmuş, dünya dövlətləri sırasında layiqli yerini tutmuşdur. İnanırıq ki, Sizin rəhbərliyiniz altında respublikamızın inkişafı davamlı olacaq və daha böyük uğurlara nail olacağıq. Biz doğma rayonumuz Laçına qayıdacağımız günü də səbirsizliklə gözləyirik.

Sizə dərin hörmət və ehtiramla,

Abbasov Qurban Muxtar oğlu.

Laçın rayonu Qarakeçdi kəndindən məcburi köçkün,
veteran müəllim.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.