İlham Əliyev Koreya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul etmişdir

13 sentyabr 2012, 16:00
İlham Əliyev Koreya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul etmişdir.

Səfir Çoi Suk-İn fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında fəal siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu dedi. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında qısa müddət ərzində möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu bildirdi. Koreya Respublikasına səfərlərini xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.

Səfir Çoi Suk-İn Koreya Respublikasının Prezidenti Li Men Bakın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlət başçısı Prezident Li Men Bakın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Respublikasının dövlət başçısına çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10