12 sentyabr 2012, 11:55

Əlihüseyn Şükürovdan, Murmansk, Rusiya

Möhtərəm cənab Prezident!

Bu günlərdə azərbaycanlılar hər yerdə, Rusiyada, dünyada əsl sevinc içindədirlər. Bu sevinci Siz bizə verdiniz, bizim əziz Prezidentimiz İlham Heydər oğlu!

Ramil Səfərovu Azərbaycana qaytarıb əfv etdiyiniz üçün biz Sizə təşəkkür edirik. Siz yenə bizə, Azərbaycan xalqına, soydaşlarımıza sübut etdiniz ki, həqiqətən Böyük Heydər Əliyev yolundasınız! Siz Azərbaycan Respublikasının indiki, əsl Qəhrəmanısınız. Biz Sizə ümid edirik və Sizə daha çox inanırıq. Sizə alternativ yoxdur. Allah Sizə daha çox sağlamlıq və ailə xoşbəxtliyi versin! Biz Sizinlə fəxr edirik, Möhtərəm cənab Prezident İlham Əliyev! Ramil Səfərov, Mübariz İbrahimov kimi oğullara verdiyiniz qiymətlə bütün Azərbaycanı sevindirdiniz. Şöhrət Sizə, alqış Sizə!

Rusiyadakı Azərbaycan diasporu adından hörmətlə,

Şükürov Əlihüseyn Məmmədhüseyn oğlu,

Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan jurnalistlər ittifaqının üzvü, “Qızıl Qələm” mükafatı laureatı.
Rusiya Federasiyası, Murmansk şəhəri, Volodarski küçəsi ev 4, mənzil 7.