12 sentyabr 2012, 10:00

Rauf İbrahimovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm Prezident!

Bu günlərdə Sizin ardıcıl şəkildə həyata keçirdiyiniz tədbirlər nəticəsində Ramil Səfərovun azadlığa buraxılması məni bir vətəndaş kimi ürəkdən sevindirdi. Sizə çox minnətdaram. Sevincimin həddi-hüdudu yoxdur. Qoy düşmənlərimiz həmişə xar olsun və bilsinlər ki, Azərbaycanın hər bir evində, ocağında Ramil kimi övladlar böyüyür və onlar heç vaxt Qarabağı erməni əsirliyində qoymayacaqlar. Sizə uğurlar arzulayıram.

Hörmətlə,

İbrahimov Rauf Zakir oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.