12 sentyabr 2012, 09:10

Elşad Həsənov və başqalarından, Goranboy, Azərbaycan

Cənab Prezident!

Xalqımızın cəsur oğlu, gənclərin qürur və iftixar ünvanı Ramil Səfərovun ölkəmizə ekstradisiya edilməsi və ömürlük həbs cəzasının əfv olunması haqqında Sərəncamınız qətiyyətin, və ədalətin təntənəsidir. Sizin bu addımınız bir daha sübut etdi ki, Siz Azərbaycan xalqının iftixarı, ürəkdən sevilən rəhbəri, sərkərdəsi və Azərbaycan gəncliyinin sarsılmaz liderisiniz. Bu hadisə həm də bir tarixi qələbə olaraq böyük Qarabağ zəfərinin başlanğıcıdır. Goranboy gəncləri adından Sizə sonsuz sevgimizi bildirir və Sizin – Ali Baş Komandanın rəhbərliyi ilə üçrəngli bayrağımızın Qarabağda dalğalanacağı günü səbirsizliklə gözləyirik.

Goranboy rayon gəcləri adından hörmətlə,

Həsənov Elşad Rauf oğlu,
Muxtarov Elman Coşqun oğlu,
Həsənov Elnur Qnyaz oğlu,
Qurbanov Raul Şahin oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu.