19 sentyabr 2012, 10:15

Əhməd Bicikdən, Bakı, Azərbaycan

Azərbaycan dövlətinin başçısı hörmətli İlham Əliyev!

Bir ildən artıqdır ki, Bakı şəhərində yaşayır və işləyirəm. Ramil Səfərovla bağlı möhtəşəm liderlik bacarığı göstərdiyiniz üçün Sizə bir türk olaraq ən səmimi hisslərimlə təşəkkür etmək istəyirəm. Siz Ulu Türk millətinin müdrik və cəsarətli liderlərindənsiniz.

Allahdan Sizə cansağlığı və uzun ömür diləyirəm. Öz yurdum olaraq qəbul etdiyim və yaşadığım gözəl Azərbaycan və türk dünyası Sizinlə nə qədər qürur duysa azdır. Nə yaxşı ki, varsınız və həmişə var olun. Ulu Tanrı yardımçınız olsun.

Dərin hörmətlə,

Bicik Əhməd Hüseyin oğlu, elmi işçi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.