Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24 sentyabr 2012, 19:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Xancalova Firuzə Arif qızı - Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 1-ci kurs tələbəsi

Məlikov Əli Həsən oğlu - Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Şükürov Mirpaşa Mustafa oğlu - Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi

Vəliyev Nəcəf Xəluq oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Yusifov Yusif Nadir oğlu - Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2012-ci il.