17 sentyabr 2012, 09:30

Samir Cəfərovdan, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz Neftçalada dəyərli bir nəslin nümayəndəsiyik. Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun nəslinin nümayəndəsi kimi Ulu öndərimizin və Sizin siyasətinizi daim dəstəkləmişik. Ölkəmizdə analoqu olmayan inkişaf nəinki biz vətəndaşlar, hətta dünya dövlətləri tərəfindən daim təqdir olunur.

Hörmətli cənab Prezident!

Sizin bu yaxınlarda azərbaycanlı zabit Ramil Səfərovu qətiyyətlə əfv etməyinizi sevinclə qarşıladıq. Bu hadisə bizdə belə bir inamı möhkəmləndirdi ki, doğrudan da Prezident İlham Əliyev əsl vətənpərvər azərbaycanlıdır. Hörmətli Prezidentimiz, bizim nəslin bütün nümayəndələri adından gələcək işlərinizdə Sizi daim dəstəkləyəcəyimizi bildirir, Sizə Ulu Yaradandan cansağlığı arzulayırıq.

Hörmətlə,

Cəfərov Samir Namid oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu, Heydər Əliyev prospekti 7 a, mənzil 8.