Gerb

12 oktyabr 2012, 14:00
W1siziisijiwmtuvmdyvmtuvmw04zwn4bgs4dv8xntewmc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=3177779c9656194b

Prezident İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olmuşdur.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatı”nı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov imzaladılar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfindən xarici işlər naziri Abdulaziz Kamilov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2012-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nı Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfindən Baş nazirin birinci müavini - maliyyə naziri Rustam Azimov imzaladılar.