Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin şərəfinə rəsmi ziyafət verilmişdir

18 oktyabr 2012, 23:20
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin şərəfinə rəsmi ziyafət verilmişdir

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin şərəfinə rəsmi ziyafət verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ziyafətdə çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Cənab Sədr!

Birinci xanım!

Hörmətli qonaqlar!

Sizi ölkəmizdə bir daha salamlamaq istərdim. Çox şadam ki, Siz ölkəmizdə səfərdəsiniz. Sizin bu gün və sabah çox gərgin səfər proqramınız vardır. Əminəm ki, ölkəmizlə daha da yaxından tanışlıq, insanlarla ünsiyyət Azərbaycan haqqında Sizdə maraqlı təəssürat yaradacaqdır.

Bu gün görüşümüz zamanı da qeyd etdiyim kimi, biz ölkələrimiz arasında daha sıx və səmimi əlaqələri yenidən qurmalıyıq.

Sarayevo və Bakı arasında qardaşlaşmış şəhərlər razılaşmasından 40 il sonra Bosniya və Herseqovinanın Sədri münasibətlərimizin tarixində ölkəmizə ilk dəfə rəsmi səfər edib. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı uğurla davam etdiriləcəkdir. Amma bu səfər hər zaman tarixdə yüksək səviyyəli nümayəndə heyətinin ilk rəsmi səfəri kimi qalacaqdır.

Bu gün apardığımız müzakirələr və imzaladığımız sənədlər ikitərəfli münasibətlərin inkişafına çox yaxşı zəmin yaradır. Əminəm ki, hökumətlərimiz arasında daha çox razılaşmalara nail olmaq üçün bundan sonra da qanunvericilik formatı ilə bağlı fəal iş aparmalıyıq. Bu, bizim əməkdaşlığımız üçün vacibdir. Lakin eyni zamanda, bizim bütün səviyyələrdə daha çox təmaslara ehtiyacımız vardır: siyasi, işgüzar, ictimai və mədəniyyət xadimləri səviyyəsində. Biz tammiqyaslı əməkdaşlığa nail ola bilərik. Biz indiyə qədər siyasi əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və eləcə də iqtisadi əməkdaşlığın yaxşı perspektivləri üçün çox möhkəm zəmin yaratmışıq. Lakin əminəm ki, qarşıdakı illərdə əlaqələrimiz daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Bir daha qeyd edirəm ki, bu gün tarixi bir gündür. Mən Sizinlə görüşməyimə çox şadam. Əminəm ki, ölkəmizə səfərinizi unutmayacaqsınız. Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

X X X

Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç çıxış edərək dedi:

-Təşəkkür edirəm, cənab Prezident! Olduqca səmimi qəbula görə minnətdaram. Mən deməliyəm ki, şəhərinizin gözəlliyi bizi heyran edib. Şəhərinizin təmizliyi və gözəlliyi bizə son dərəcə xoş təəssürat bağışlayır. Sözün əsl mənasında, çox abad və gözəl şəhərdir. Bu, sizin necə xalq olduğunuz haqqında çox şey deyir. Sizin də qeyd etdiyiniz kimi, bizim oxşar cəhətlərimiz, bənzər tariximiz vardır. Ölkələrimiz və xalqlarımızın üzləşdikləri reallıqlar, 1990-cı, 1992-ci, 2003-cü illərdə baş verənlər və bir sıra ağrılı hadisələr bizi birləşdirir. Bu gün də qeyd etdiyim kimi, biz həmişə Sizin yanınızda olacağıq.

İyirmi il əvvəl burada baş verdiyi kimi, sərhədlərin zorakılıqla dəyişdirilməsi qeyri-mümkün və qəbuledilməzdir. Beləliklə, biz ölkəmizin ərazi bütövlüyü naminə mübarizəmizi sülh yolu ilə davam etdirəcəyik. Düşünürəm ki, gələcəyimiz daha parlaq və daha yaxşı olacaqdır. Atalarımız həmin ağrılı-acılı, eyni zamanda, şərəfli dövrdə ölkələrimizi idarə ediblər, ölkələrimizin suverenliyinin bünövrəsini qoyublar. Deyə bilərəm ki, artıq biz tariximizin kəşməkəşli dövrünü yaşayıb, hazırda davamlı inkişaf yolundayıq. Biz daha parlaq gələcək qurmaq əzmindəyik.

Mən Sizə ən xoş arzularımı çatdırıram. Siz bizim dəstəyimizə etibar edə bilərsiniz. Mən Sizin Bosniya və Herseqovinaya səfər etməyinizi və ölkələrimizin birlikdə sərmayələr qoymasını gözləyirəm. Təşəkkür edirəm. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51