İlham Əliyev “Conoco Philips” şirkətinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

19 oktyabr 2012, 15:00
İlham Əliyev “Conoco Philips” şirkətinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev “Conoco Philips” şirkətinin prezidenti Ryan Lansın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

“Conoco Philips” şirkətinin prezidenti Ryan Lans Azərbaycanda xarici investorlar üçün əlverişli mühitin yaradıldığını, enerji ilə bağlı əməkdaşlıq sahəsində ölkəmizdə şəffaflığın olduğunu vurğuladı.

Dövlət başçısı Azərbaycanın uzun illər dünyanın bir çox nüfuzlu enerji şirkətləri ilə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

Görüşdə Azərbaycan ilə “Conoco Philips” şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.