Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 noyabr 2012, 21:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 1-ci hissəsinin 1.9-cu, 1.10-cu bəndləri, 2-ci və 3-cü hissələri aşağıdakı redaksiyada verilsin:
“1.9. Dövlət orqanlarında aşağıdakı inzibati vəzifələr nəzərdə tutulur:
1.9.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;
1.9.2. Azərbaycan Respublikasının Dövlət müşaviri;
1.9.3. Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi;
1.9.4. Azərbaycan Respublikası Prezidentinin müşaviri;
1.9.5. Azərbaycan Respublikası Prezidentinin köməkçisi;
1.9.6. Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi;
1.9.7. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi;
1.9.8. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini;
1.9.9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;
1.9.10. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin müavini;
1.9.11. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini;
1.9.12. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi;
1.9.13. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri və onun birinci müavini;
1.9.14. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini;
1.9.15. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi;
1.9.16. dövlət orqanı aparatının rəhbəri;
1.9.17. dövlət orqanı aparatının rəhbərinin müavini;
1.9.18. dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;
1.9.19. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatları rəhbərlərinin köməkçiləri;
1.9.20. Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi;
1.9.21. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin köməkçisi;
1.9.22. Dövlət müşavirinin köməkçisi;
1.9.23. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi;
1.9.24. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi;
1.9.25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və onun müavini;
1.9.26. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;
1.9.27. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;
1.9.28. yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;
1.9.29. dövlət orqanı aparatında şöbə müdiri;
1.9.30. dövlət orqanı aparatında şöbə müdirinin müavini;
1.9.31. dövlət orqanında işlər müdiri;
1.9.32. dövlət orqanında işlər müdirinin müavini;
1.9.33. mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərləri;
1.9.34. mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;
1.9.35. sektor müdiri;
1.9.36. baş mühasib, baş məsləhətçi;
1.9.37. böyük məsləhətçi;
1.9.38. aparıcı məsləhətçi;
1.9.39. məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;
1.9.40. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi və onun müavini;
1.9.41. yerli icra hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və onun müavini.
1.10. Dövlət orqanlarında aşağıdakı yardımçı vəzifələr nəzərdə tutulur:
baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər).

II. İnzibati və yardımçı vəzifələrin təsnifatları və adları:

2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq inzibati vəzifələrin aşağıdakı təsnifatları və adları vardır:
2.1.1. İnzibati vəzifələrin ali təsnifatı:
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;
Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri;
Azərbaycan Respublikasının Dövlət müşaviri.

2.1.2. İnzibati vəzifələrin birinci təsnifatı:
Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi;
Azərbaycan Respublikası Prezidentinin müşaviri;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi;
Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi;
Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi və onların birinci müavinləri;
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatları rəhbərlərinin müavinləri və həmin dövlət orqanlarının aparatlarında şöbə müdirləri;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri;
Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatlarının rəhbərləri;
Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrlərinin müşavirləri, köməkçiləri.

2.1.3. İnzibati vəzifələrin ikinci təsnifatı:
Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin müavini;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi;
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin müavinləri;
Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparatlarında şöbə müdirinin müavini;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə müdirinin müavini;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidməti rəhbərinin müavini;
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdirləri və onların müavinləri;
Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatları rəhbərlərinin müavinləri və həmin dövlət orqanlarında şöbə müdirləri;
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müşaviri, köməkçisi;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatlarının rəhbərləri;
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin və Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçiləri;
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru;
Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və müavini.

2.1.4. İnzibati vəzifələrin üçüncü təsnifatı:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikası Dövlət müşavirinin köməkçisi;
Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin köməkçiləri;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparatlarında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi aparatları rəhbərlərinin köməkçiləri;
Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdirinin köməkçisi;
Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri və şöbə müdirinin müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı rəhbərinin köməkçisi;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında şöbə müdirinin müavini;
Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikasının Hesablama Palatası sədrinin və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçiləri;
Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər müdiri və onun müavini;
Azərbaycan Respublikası apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio Şurası aparatlarının rəhbərləri və onların müavinləri;
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri;
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatlarının rəhbərlərinin müavinləri və onların aparatlarında şöbə müdirləri;
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini.


2.1.5. İnzibati vəzifələrin dördüncü təsnifatı:
Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşaviri, köməkçisi;
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi rəhbərinin müavini;
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərinin rəhbərləri və onların müavinləri;
Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Milli Televiziya və Radio Şurasının aparatlarında şöbə müdirləri və onların müavinləri;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında şöbə müdirlərinin müavinləri;
yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının birinci müavini və müavini;
Bakı Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi;
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərlərinin müşavirləri, köməkçiləri;
Milli Televiziya və Radio Şurası sədrinin köməkçisi.

2.1.6. İnzibati vəzifələrin beşinci təsnifatı:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Milli Televiziya və Radio Şurasının aparatlarında və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçiləri;
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin rəhbərləri və onların müavinləri;
Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin aparatlarında şöbə müdiri və onun müavini;
Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin köməkçiləri;
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının birbaşa tabeliyində olan orqanların rəhbərləri;
Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

2.1.7. İnzibati vəzifələrin altıncı təsnifatı:
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;
yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavini;
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının birbaşa tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinləri.

2.1.8. İnzibati vəzifələrin yeddinci təsnifatı:
yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanlarda, rayon (şəhər) məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin aparatlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının birbaşa tabeliyində olan orqanlarda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların yerli bölmələrində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının köməkçisi.
2.2. İnzibati vəzifələrin Təsnifat Toplusunun 2-ci hissəsində göstərilən dövlət orqanları rəhbərlərinin və onların müavinlərinin adları qanunvericiliklə müəyyən edilir.
2.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 10.6-cı və 11.2-ci maddələrinə, habelə bu Təsnifat Toplusunun 1.10-cu bəndinə uyğun olaraq yardımçı vəzifələrin aşağıdakı təsnifatları və adları vardır:
2.3.1. Yardımçı vəzifələrin birinci təsnifatı:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikası Prezidentinin Katibliyində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatlarında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.
2.3.2. Yardımçı vəzifələrin ikinci təsnifatı:
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.
2.3.3. Yardımçı vəzifələrin üçüncü təsnifatı:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aparatlarında, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan icra hakimiyyəti orqanlarının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Milli Televiziya və Radio Şurasının, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının aparatlarında, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin aparatlarında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin aparatlarında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.
2.3.4. Yardımçı vəzifələrin dördüncü təsnifatı:
yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin aparatlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının birbaşa tabeliyində olan orqanlarda baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların yerli bölmələrində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;
yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.
2.4. Dövlət orqanının rəhbəri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla, ştat cədvəlində həmin orqanın strukturunun profilini əks etdirən vəzifə adlarını nəzərdə tuta bilər.
2.5. İnzibati vəzifələrin Təsnifat Toplusunun 2-ci hissəsində nəzərdə tutulmayan vəzifələrin müvafiq təsnifatlara uyğunlaşdırılması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən həll edilir.

III. İnzibati və yardımçı vəzifələrin ixtisas dərəcələri

3.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir.
3.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
3.2.1. Təsnifat Toplusunun 2.1.1-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin ali təsnifatı üzrə – həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri.
3.2.2. Təsnifat Toplusunun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatı üzrə – 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri.
3.2.3. Təsnifat Toplusunun 2.1.3-cü yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin ikinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri.
3.2.4. Təsnifat Toplusunun 2.1.4-cü yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri.
3.2.5. Təsnifat Toplusunun 2.1.5-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu.
3.2.6. Təsnifat Toplusunun 2.1.6-cı yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu.
3.2.7. Təsnifat Toplusunun 2.1.7-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu.
3.2.8. Təsnifat Toplusunun 2.1.8-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin yeddinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.
3.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
3.3.1. Təsnifat Toplusunun 2.3.1-ci yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin birinci təsnifatı üzrə – dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti və dövlət qulluğunun 1-ci dərəcə referenti.
3.3.2. Təsnifat Toplusunun 2.3.2-ci yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin ikinci təsnifatı üzrə – dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti və dövlət qulluğunun 2-ci dərəcə referenti.
3.3.3. Təsnifat Toplusunun 2.3.3-cü yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət qulluğunun 3-cü dərəcə referenti.
3.3.4. Təsnifat Toplusunun 2.3.4-cü yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti.”.
2. 5-ci hissə ləğv edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı və 2.3.3-cü yarımbəndlərində Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanlar dedikdə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası nəzərdə tutulur.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2012-ci il. 

SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35