2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə Müstəqil Dövlətlər Birliyinin Mükafatına təqdimat müsabiqəsi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında Qərar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 noyabr 2012, 19:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə Müstəqil Dövlətlər Birliyinin Mükafatına təqdimat müsabiqəsi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında Qərar” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Qərarın müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Qərarın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2012-ci il.