2012-ci il dekabrın 14-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası və Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət Katibliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 dekabr 2012, 18:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il dekabrın 14-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası və Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət Katibliyi arasında əməkdaşlıq haqqında Memorandum” təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il.