Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə

29 yanvar 2013, 16:05

Hörmətli xanım Prezident,

Santa-Mariya şəhərində baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, hadisə zamanı zərər çəkənlərin və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 yanvar 2013-cü il.