Gerb

11 mart 2013, 15:45
W1siziisijiwmtuvmdyvmtuvodnmbnhnyjk5a18xnzkzoc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=2d7409149c9ba4e4

Prezident İlham Əliyevin və Prezident İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalanmışdır.

Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç imzaladılar.


Böyük ölçüdə