24 aprel 2013, 14:40

Akif Hacıyevdən, Mingəçevir, Azərbaycan

Möhtərəm Prezident!

Sizin Mingəçevir şəhərinə gəlişiniz bizdə böyük sevinc hissi yaratmışdır. Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirirsiniz. İnanırıq ki, Mingəçevirə göstərdiyiniz qayğı və diqqət sayəsində şəhərimizin və onun sakinlərinin problemləri tezliklə həll ediləcəkdir. Siz regionların inkişafını dövlət siyasətinin əsas vəzifələri sırasına daxil etmisiniz. Mingəçevir də bu siyasətdən kənarda qalmamış və bu gün özünün yeni inkişaf dövrünü yaşamaqdadır.

Bütün bunlara görə şəhərimizin ağsaqqalları adından Sizə dərin minnətdarlığımı bildirir və Sizi əmin edirəm ki, apardığınız daxili və xarici siyasətinizi bundan sonra da dəstəkləyəcəyik.

Dərin hörmətlə,

Hacıyev Akif,

Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.