İlham Əliyev Qobustanda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

01 may 2013, 19:05
İlham Əliyev Qobustanda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qobustanda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev Mərkəzlə tanış oldu.

Bildirildi ki, gənclərin ilkin sənət və peşə vərdişlərinə yiyələnmələrini təmin etmək və bütövlükdə onların intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə tikilmiş Mərkəzdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə görüşlərini əks etdirən fotoguşə yaradılmışdır. Yetişməkdə olan nəslin daha çox maraq göstərdiyi peşələrin sirlərinə yiyələnmələri üçün Mərkəzdə müxtəlif kurslar və studiyalar fəaliyyət göstərəcəkdir. Kompyuter kursları, rəqs və rəsm studiyaları, atıcılıq klubu üçün xüsusi otaqlar ayrılmışdır. Buradakı internet–kafe və 3D kinozalı gənclərin asudə vaxtlarını mənalı keçirmələrini təmin edəcəkdir. Mərkəzin binasının sahəsi 882 kvadratmetrdir. Burada bütün işçi və yardımçı otaqlar ən zəruri avadanlıqla təchiz olunmuşdur.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində belə bir Mərkəzin istifadəyə verilməsinin dərin rəmzi vardır. Çünki Ümummilli Lider Azərbaycan gənclərinin inkişafına, onların sosial məsələlərinin həllinə, gəncliyin savadlı və intellektual səviyyədə yetişməsinə xüsusi diqqətlə yanaşırdı. Ulu Öndərin formalaşdırdığı dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə kompleks tədbirlər reallaşdırılır. Belə ki, 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi” Dövlət Proqramının uğurlu icrası bu baxımdan çox mühüm rol oynamışdır. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı indiyədək həyata keçirilən işlərin davamlı xarakter daşıdığını göstərir. Dövlət gənclərimizin intellektual və yaradıcı potensialının üzə çıxarılması və ümummilli məsələlərə yönəldilməsi, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü iş aparır. Respublikamızın bölgələrində, o cümlədən Qobustanda yaradılan və müasir tələblərə cavab verən Gənclər Mərkəzi də bu qəbildən reallaşdırılan tədbirlər sırasındadır.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04