17 may 2013, 14:30

Elnur Həşimovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Respublikanın görkəmli mədəniyyət xadimləri ilə birlikdə bu il ilk dəfə olaraq mədəniyyət və incəsənət xadimləri üçün təsis edilmiş fəxri Prezident mükafatına layiq görülməyimiz bizi ürəkdən sevindirdi. Sadə əməyimizə belə yüksək qiymət verdiyinizə görə Sizə çox minnətdarıq. Biz bu mükafatları bütünlükdə milli ifaçılıq sənətinə verilən qiymət kimi dəyərləndiririk.

Sizə bir daha dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı, müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar diləyirik. Sizi Əmin edirik ki, bundan sonra da bütün yaradıcı fəaliyyətimizi milli musiqi sənətimizin inkişafı və təbliğinə sərf edəcəyik.

Hörmətlə,

Elnur Həşimov, tarzən

Elnur Əhmədov, kamança ifaçısı.