Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 may 2013, 18:30

Azərbaycan Respublikasının 1999-cu ildən üzvü olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-ci illik toplantısında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci ilin may ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilmişdir.

Bununla əlaqədar olaraq 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumu imzalanmışdır.

1966-cı ildə yaradılmış, hazırda 67 üzvü olan və əsas vəzifəsi üzv ölkələrin inkişafında onlara yardım etməklə əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarət olan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci ilin may ayında Bakı şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci il mayın 3-dən 5-dək Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsi sədrinin müavini

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü

Təşkilat Komitəsinin üzvləri:

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Firudin Nəbiyev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.

2. Təşkilat Komitəsi:

2.1. “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumuna uyğun olaraq illik toplantının təşkili və keçirilməsinə dair tədbirlər planının hazırlanmasını və icrasını təmin etsin;

2.2. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10