“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 iyul 2013, 18:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş məsuliyyətin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. həmin Qanunun 25-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün dövlət rüsumunun məbləğinin müəyyən edilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. həmin Qanunun 10-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş şəhər avtomobil yollarının təsnifatını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının təhkim zolağının ölçülərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 15-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin Qanunun 15-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 15-2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 25-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, maliyyə vəsaiti ayrılmasını təmin etsin;
1.1.12. “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun əlavə mədaxil mənbələrinin müəyyənləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.13. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin tərkibində (tabeliyində) olan qurumların siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 34-1-ci maddəsinin birinci hissəsinin on birinci bəndinə uyğun olaraq, avtomobillərin karxana avtomobillərinə aid edilməsinə dair tələbləri iki ay müddətində müəyyən etsin.

3. Müəyyən edilsin ki:

3.1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 10-1-ci maddəsinin üçüncü, 14-cü maddəsinin ikinci, 15-ci maddəsinin səkkizinci, 15-1-ci maddəsinin üçüncü, 15-2-ci maddəsinin ikinci, 19-2-ci maddəsinin birinci, 25-ci maddəsinin yeddinci, 29-cu maddəsinin on ikinci və 40-2-ci maddəsinin birinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin Qanunun 15-1-ci maddəsinin dördüncü hissəsində, 19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində, 34-1-ci maddəsinin birinci hissəsinin on birinci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;
3.4. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndində və 15-1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digər sahələrdə isə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;
3.5. həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin on doqquzuncu bəndində, 10-1-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz balanslarında olan avtomobil yollarına münasibətdə həyata keçirirlər;
3.6. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10