Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

24 iyul 2013, 16:30

Hörmətli cənab Sədr,

Qansu vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların sağalmasını, dağıntıların nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 iyul 2013-cü il.