12 avqust 2013, 11:20

Vidadi Süleymanovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu il iyunun 26-da keçirilən hərbi parada və yaratdığınız belə güclü orduya görə Sizə “Çox sağ olun!” deyirəm. Bu ordunu, onun müxtəlif qoşun növlərini görəndə az qaldı ki, sevincimdən ağlayım. Bütün tərəqqipərvər bəşəriyyətə məlumdur ki, Azərbaycan ordusu işğal edilmiş torpaqlarımızı azad etməyə qadirdir. Amma xalqımız və dövlətimiz bu məsələni sülh yolu ilə həll etmək istəyir. Ermənilər hər dəfə keçirilən hərbi paraddan sonra çox narahat olurlar. Çünki onlar görürlər və əmin olurlar ki, Azərbaycanın iqtisadi qüdrəti olduqca böyük hərbi gücə çevrilir.

Hörmətli cənab Prezident, Sizin siyasi və iqtisadi siyasəti düzgün əlaqələndirməyinizə çoxları həsəd aparırlar. Az bir vaxtda güclü dövlət yaratmaq, onun hərbi və siyasi qüdrətini artırmaq, beynəlxalq arenada güc mərkəzinə çevirmək hər rəhbərə nəsib olmur. Bu, Ulu öndərimizin vaxtilə apardığı siyasətin layiqincə davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Bu işdə Sizə yorulmazlıq və uğur arzulayıram. Əmin olun ki, biz Sizin siyasətinizi daim dəstəkləyirik.

Hörmətlə,

Süleymanov Vidadi Həbib oğlu,

Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Tərtər rayonu, Şeydimli kəndi.