R.T.İbrahimovun Azərbaycan Respublikasının İsveç Krallığında, Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 avqust 2013, 19:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rafael Tofiq oğlu İbrahimov Azərbaycan Respublikasının İsveç Krallığında, Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 avqust 2013-cü il.