14 avqust 2013, 10:30

Nurəddin Məmmədovdan, Samux, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsini sağlamlığın ən vacib şərtlərindən biri sayaraq, ölkəmizdə bu problemin həll olunmasına çox böyük diqqət yetirirsiniz. Siz özünüz tez-tez şəhər və rayonlarımızda içməli su xətlərinin istismara verilməsi mərasimlərində iştirak edirsiniz. Bu yaxınlarda Samux rayonunun Yenikənd kəndinin də içməli su qurğusu ilə təmin olunması sakinlərin böyük sevincinə səbəb olmuşdur.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz bu qayğıya görə Sizə təşəkkür edir və möhkəm cansağlığı, Azərbaycanımızın bütövlüyü, övladlarımızın xoşbəxt gələcəyi naminə misilsiz fəaliyyətinizdə yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq. Gün o gün olsun ki, torpaqlarımızı işğaldan azad edək. Əminik ki, doğma Azərbaycanımız Sizin rəhbərliyinizlə daha da böyük uğurlar qazanacaqdır. Allah köməyiniz olsun!

Hörmətlə,

Məmmədov Nurəddin İslam oğlu.

Azərbaycan Respublikası, Samux rayonu, Yenikənd kəndi.